“Ferrari” komandası Fioranoda dördgünlük test yürüşlərinə başlayıb
Bu gün “Ferrari” komandası Fioranoda dördgünlük test yürüşlərinə başlayıb.

Komandanın ötən il Formula 1 üzrə dünya çempionatında istifadə etdiyi “SF21” bolidini üç pilot - Karlos Sayns, Çarlz Lekler və “Scuderia”nın sınaq sürücü Robert Şvartsman idarə edəcək.

Trasda ilk sınaqlara rusiyalı sürücü - Robert Şvartsman başlayacaq. Daha sonra Çarlz Lekler və Karlos Sayns testlərdən keçəcəklər.
“Ferrari” ənənəvi olaraq illərdir ki, Fioranoda sürücüləri və mühəndisləri sınaqdan keçirir.


Xəbər 686 dəfə oxundu.