Kərim Benzema “Atletik”lə matçı buraxa bilər | |
“Real Madrid” klubunun hücumçusu Kərim Benzema “Atletik”lə Kral kuboku yarışı matçını buraxa bilər. Bu barədə xarici KİV-lər məlumat yayıb. Belə ki, İspaniya La Liqası çərçivəsində “Elçe” ilə oyunda (2:2) 34 yaşlı fransalı hücumçu zədələnib. Tibbi müayinədən sonra futbolçunun bud nahiyəsindən zədə aldığı məlum olub. Ona görə də komandanın əsas bombardirinin fevralın 2-də “Atletik”lə baş tutacaq matçda iştirakı sual altındadır. Daha əvvəl futbolçunun "Elçe"yə qarşı oynadığı zaman evinin qarət edildiyi bildirilib. |
|
Xəbər 310 dəfə oxundu. |
|
|