“Alpha Tauri” İmolada sınaqlara başlayıb
“Ferrari”dən sonra “Alpha Tauri” də bu həftə sınaq testlərinə başladığını açıqlayıb.

Bu barədə Formula 1 komandasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, İtaliya komandası yanvarın 25-dən İmolada sınaqlar təşkil etməyə başlayıb. Belə ki, Pyer Qasli və Yuki Tsunoda “AT01 2020” bolidlərinin sükanı arxasında üç gün ərzində sınaq testlərində iştirak edəcəklər.

Komanda 2022-ci il üçün yeni bolidini fevralın 23-dən 25-dək Barselonada rəsmi mövsüm öncəsi sınaqdan keçirə biləcəklər.

Xəbər 276 dəfə oxundu.