Azərbaycan kikboksinq milli komandasının üzvü Elxan Əliyev peşəkar döyüşə çıxacaq
Yanvarın 28-də Türkiyənin İstanbul şəhərində Azərbaycan kikboksinq milli komandasının üzvü Elxan Əliyev KOK (King of Kings) təşkilatının çempionluq kəməri uğrunda döyüşə çıxacaq.

75 kq çəki dərəcəsində döyüşəcək Elxan Əliyevin rəqibi iranlı Məsud Minae olacaq. Döyüş kikboksinqin K-1 versiyası üzrə keçiriləcək.

Bu münasibətlə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev bu gün idmançımız və yığma komandanın baş məşqçisi Elşən Abdulrəhimovla görüşüb, onlara qarşıdakı döyüşdə uğur arzu edib.

Xəbər 468 dəfə oxundu.