Azərbaycan sumoçuları Macarıstanda 10 medal qazanıblar
Macarıstanın Erd şəhərində böyüklər, gənclər və yeniyetmələr arasında sumo üzrə Avropa kuboku yarışı keçirilib.

Turnirdə Azərbaycan milli komandası 10 medal qazanıb.

Böyüklər arasında Xəyyam Abdullayev qızıl, Həsən Ağazadə gümüş, Əli Ağayev bürünc medala sahib olublar.

Gənclərin mübarizəsində H.Ağazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ə.Ağayev yarışı ikinci, Ramazan Bəxtiyarov isə üçüncü pillədə başa vurublar.

Yeniyetmələrin yarışında Ə.Ağayev gümüş, Maarif Rəhmətov, R.Bəxtiyarov (100 kq və mütləq çəkidə) bürünc medal qazanıblar.
Kubok yarışından sonra təşkil olunmuş təlim-məşq toplanışında idmançılarımız da iştirak edirlər.

Xəbər 330 dəfə oxundu.