Azərbaycan şahmatçısı Fərid Orucov Serbiyada beynəlxalq turnirdə iştirak edir
Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir start götürüb.

Yarışda Azərbaycanı Fərid Orucov təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 8 turdan ibarətdir. Yarışda 12 şahmatçı iştirak edir ki, onlardan da 4-ü qrosmeysterdir.

Turnir yanvarın 28-dək davam edəcək.

Xəbər 297 dəfə oxundu.