Mingəçevirdə avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışı keçiriləcək
Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən “Tariximizi birgə yaşadaq” şüarı ilə avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışı keçiriləcək.

Yarış yanvarın 29-da Mingəçevir şəhərində baş tutacaq. Yarışda 70-ə yaxın idmançı iştirak edəcək.

“Gənclər kuboku” yarışının keçirilməsində əsas məqsəd idmanın bu növlərinin keçmiş ənənələrinin bərpası və daha da inkişaf etdirilməsi, kütləviliyin təmin olunması, peşəkar komandanın formalaşdırılmasıdır.

Xəbər 450 dəfə oxundu.