Şpaqaçılarımız Yunanıstanda “Helexpo Cup” turnirində şəxsi yarışda çıxışını başa vurublar
Yeniyetmə oğlan şpaqaçılarımız Yunanıstanın Saloniki şəhərində “Cadet Circuit” çərçivəsində keçirilən “Helexpo Cup” turnirində şəxsi yarışda çıxışını başa vurublar.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Raul Aruslanov 100-ə yaxın iştirakçı arasında 14-cü olub. Ən güclü 16-lığa kimi irəliləməyi bacaran Aruslanov pley-off mərhələsində keçirdiyi görüşlərdə yunan Azanasios Delidimitriou (15:5), ispan Jose Migel Martin Qamazoya (15:11) qalib gəlib. Şpaqaçımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Türkiyə təmsilçisi Murad Mericə 14:15 hesabı ilə uduzub.

Digər təmsilçilərimizdən Orxan Həsənli və Cəmil Hidayətov qrup mərhələsini uğurla adlayaraq pley-offda bir-birinə rəqib olublar. 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə Orxan Cəmilə 15:6 hesabı ilə qalib gəlsə də növbəti mərhələdə belçikalı Marton Mezingerə 4:15 hesabı ilə məğlub olub.

Görüşləri idarə edən hakimlər arasında təmsilçimiz Samir Hüseynov da var.

Xəbər 305 dəfə oxundu.