Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin oyun cədvəli müəyyənləşib
Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 1-də - ilk oyun günündə "Qarabağ" "Keşlə"ni, "Neftçi" klubu "Sabah"ı qəbul edəcək. Növbəti gün isə "Zirə" komandası "Səbail"i, "Sumqayıt" kollektivi isə "Qəbələ"ni sınağa çəkəcək.

Xəbər 280 dəfə oxundu.