Azərbaycan çempionu argentinalı futbolçu ilə yollarını ayırıb
Bakının “Neftçi” klubu yarımmüdafiəçi Xorxe Korrea ilə yollarını ayırıb.

Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub rəhbərliyi argentinalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Azərbaycan çempionuna transfer olunan futbolçu 2 rəsmi oyunda forma geyinib.

Xəbər 270 dəfə oxundu.