“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov növbəti turda İsveç təmsilçisi ilə qarşılaşacaq
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin altıncı turunun oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda turnirin autsayderi isveçli Nils Qradelius ilə görüşəcək.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən turlarda 3,5 xal toplayaraq liderliyə yüksəlib.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Xəbər 268 dəfə oxundu.