Azərbaycanın U-18 komandası Qırğızıstan, Belarus, Qazaxıstan və Tacikistan yığmaları ilə qarşılaşacaq
On səkkiz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə beynəlxalq turnirdə iştirak edəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz fevralın 6-də Qırğızıstan, ertəsi gün Belarus, ayın 9-da Qazaxıstan, 10-da isə Tacikistan komandası ilə qarşılaşacaq.

Qrup oyunlarından sonra millimiz digər qrupda müvafiq mövqedə yer alan komanda ilə üz-üzə gələcək.

Xəbər 550 dəfə oxundu.