“Liverpul” klubu İngiltərə kuboku yarışında yeni rekorda imza atıb
“Liverpul” klubu İngiltərə kuboku yarışında yeni rekorda imza atıb.

Komanda buna turnirin yarımfinalında “Arsenal” ilə matçda nail olub. “Liverpul” rəqibini 2:0 hesabı ilə məğlub edib. Nəticədə “Liverpul” klub tarixində 13-cü dəfə İngiltərə kuboku yarışının finalına vəsiqə qazanıb. Bu da turnir üçün rekorddur.

Qeyd edək ki, “Liverpul” daha əvvəl iştirak etdiyi 12 finalda 8 dəfə qalib gəlib və 4 dəfə məğlub olub.

Xəbər 277 dəfə oxundu.