Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünyanın 42-ci komandasıdır
Qadın voleybolçulardan ibarət milli komandaların reytinq siyahısı açıqlanıb.

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) açıqladığı siyahıda Azərbaycan yığması da yer alıb.

Millimiz 94 xalla dünyanın 42-ci komandasıdır. Millimiz ötən reytinq ilə müqayisədə 10 pillə irəliləyib. Xal hesabı dəyişməyən yığmanın bu sıçrayışı FIVB-nin sanksiyaları sayəsində mümkün olub. Qurum bir sıra yığmaların aktivindən 50 xal silib. Cəzalananlardan Venesuela, Əlcəzair, Avstraliya, Misir, Kipr kimi ölkələr millimizdən geri düşüb.

Cədvəldə ilk üçlükdə ABŞ (385), Braziliya (366) və Çin (350) milliləri yer alıblar.

Xəbər 271 dəfə oxundu.