Azərbaycan badmintonçusu Hindistanda keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb
Badmintonçumuz Edi Reski Dviçayo Hindistanın Lakhau şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.

Azsport.az Azərbaycan Badminton Federasiyasının saytına istinadla xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında 1/16 final mərhələsində Hindistan təmsilçisi Sourabh Verma ilə qarşılaşan təmsilçimiz gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Badmintonçumuz səkkizdəbir finalda Kim Bruun (Danimarka)- Julyen Carraggi (Belçika) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər 379 dəfə oxundu.