“Tata Steel Masters”: Şahmatçımız Şəhriyar Məmmədyarov Niderland təmsilçisi ilə qarşılaşacaq
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin beşinci turunun oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov beşinci turda niderlandlı Jorden Van Forrest ilə mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız ötən 4 turdan 2,5 xal toplayaraq 2-6-cı pillələri bölüşür. Turnir cədvəlinə 3 xalla hindistanlı Santoş Vidit başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Xəbər 290 dəfə oxundu.