Azərbaycan Gimnastika Federasiyasının 12-ci ümumi yığıncağı keçirilib | |
anvarın 18-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 12-ci ümumi yığıncağı keçirilib. Hesabat xarakteri daşıyan tədbirdə federasiyanın İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər. İclasda federasiyanın baş katibinin 2021-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, gimnastlarımızın “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirakı, paytaxtımızda keçirilən beynəlxalq yarışlar və AGF-in beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabat məruzəsi dinlənilib. Sonra AGF-in ötən il üzrə maliyyə hesabatı təqdim edilib. Hesabatların təsdiqindən sonra federasiyanın fəaliyyəti ilə əlaqədar yığıncağın gündəliyində duran digər məsələlərə baxılıb. |
|
Xəbər 290 dəfə oxundu. |
|
|