Azərbaycanda idmanla məşğul olanların sayı müəyyənləşib
Azərbaycanda bədən tərbiyəsi və idmanla 1 milyon 860 mindən çox insan məşğul olur.

Azsport.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əhali arasında futbol, voleybol, şahmat, atletika, basketbol, dama, sərbəst güləş, stolüstü tennis və cüdo kimi idman növlərinə daha çox maraq göstərilir.

Cari ilin əvvəlinə ölkədə idman qurğularının sayı isə 12 minə yaxındır.

Xəbər 288 dəfə oxundu.