Azərbaycan Voleybol Federasiyasının baş əlaqələndiricisi CEV kuboku yarışına təyinat alıb
Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyasının (AVF) baş əlaqələndiricisi Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.

Z.Gözəlbəyli 2022-ci ilin ilk təyinatında kişilər arasında keçiriləcək CEV kuboku yarışının səkkizdəbir final matçı çərçivəsində “Qalatasaray” (Türkiyə) – “ Karlovarsko” (Çexiya) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Yanvarın 20-də İstanbulda keçiriləcək görüşün hakimləri moldovalı Andrei Taran və rumıniyalı Benone Visan olacaqlar.

Xəbər 296 dəfə oxundu.