Avstraliyalı gimnast Bakıda təlim-məşq toplanışını davam etdirir
Bədii gimnastika üzrə Avstraliya yığma komandasının üzvü Aleksandra Kiroy-Boqatıryova Milli Gimnastika Arenasında təlim-məşq toplanışını davam etdirir.

Ötən ilin dekabrından Bakıda təlim-məşq toplanışı keçən gimnast yerli idmançılarla birgə hazırlaşır. Gimnastın hazırlıq prosesinə azərbaycanlı məşqçilər nəzarət edirlər.

Avstraliya gimnastının təlim-məşq toplanışına yanvarın sonunda yekun vurulacaq.

Xəbər 308 dəfə oxundu.