“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov Aniş Giri ilə qarşılaşmanı da heç-heçə başa vurub
Bu gün – yanvarın 17-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin üçüncü turunun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov üçüncü turda Niderland şahmatçısı Aniş Giri ilə qara fiqurlarla mübarizə aparıb. Şahmatçılar 21-ci gedişdə heç-heçəyə razılaşıblar.

Qeyd edək ki, şahmatçımız ötən iki turda rusiyalı şahmatçılar Daniil Dubov və Andrey Yesipenko ilə qarşılaşmaları da heç-heçə ilə baş vurub.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Xəbər 261 dəfə oxundu.