“Sabah” klubu Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq
Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən Bakının “Sabah” klubunun toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqibi müəyyənləşib.

Bakı təmsilçisi Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq. Görüş yanvarın 20-də “Titatik Deluxe Football Center”in stadionunda keçiriləcək.

Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına qarşı keçirib - 1:1. Hazırlıq prosesinə “Mladost”la (Luçani, Serbiya) yoxlama oyunu ilə yekun vurulacaq. Görüş yanvarın 25-də baş tutacaq

Xəbər 272 dəfə oxundu.