Futzal üzrə Azərbaycan millisi Belçika yığmasına məğlub olub
Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisi bu gün Belçika yığması ilə yoldaşlıq oyunu keçirib.

Borgloon şəhərində təşkil olunan görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Vassoura, Qallo və Bolinha fərqləniblər.
Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Xəbər 287 dəfə oxundu.