“Sumqayıt” Azərbaycan millisinin sabiq üzvü Andrey Popoviç ilə maraqlanır
“Sumqayıt” futbol klubu Ukraynadan qapıçı gətirmək istəyir.

Sumqayıt təmsilçisi Azərbaycan millisinin sabiq üzvü Andrey Popoviçin xidmətində maraqlıdır.

Ukraynada çıxış edən qolkiperin yayadək “LNZ Çerkassı” klubu ilə müqaviləsi var. Futbolçu ən yaxşı halda yayda “Sumqayıt”ın təklifini dəyərləndirə bilər.

Xəbər 281 dəfə oxundu.