Tennis üzrə “Australian Open” turniri start götürüb
“Böyük dəbilqə” seriyasından tennis üzrə Avstraliya açıq turniri (“Australian Open”) start götürüb.

Melburnda sayca 110-cu yubiley turnirdə birinci raket ustası Novak Cokoviç iştirak etməyəcək. Buna səbəb isə Avstraliya hökuməti tennisçinin vizasını ləğv etməsidir. Məhkəmə Novak Cokoviçin koronavirusa qarşı peyvənd olunmadığı üçün belə qərar qəbul edib. Serbiyalı gecə saatlarında Avstraliyadan deportasiya edilib. Qeyd edək ki, “Australian Open” turnirinin doqquzqat çempionu N.Cokoviç Melbrunda son üç yarışın qalibi olub.

Turnir rusiyalı Danil Medvedevin qalibiyyəti ilə başa çatsa, N.Cokoviç Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinqində liderliyini itirəcək. Yarışmanın ilk oyun günüdə 33 görüş kişilərdə, eyni sayda oyun isə qadınlarda baş tutacaq.

Yarışın ümumi mükafat fondu 54 milyon ABŞ dolları təşkil edir. Mövsümün ilk “Böyük dəbilqə” seriyalı turnirinə yanvarın 30-da yekun vurulacaq.

Xəbər 419 dəfə oxundu.