“Kəpəz”in yoxlama oyunlarındakı ilk iki rəqibi müəyyənləşib | |
Qış fasiləsində yoxlama oyunları keçirəcək Gəncənin “Kəpəz” klubunun ilk iki rəqibi müəyyənləşib. Gəncə təmsilçisi yanvarın 22-də “Turan Tovuz” ilə qarşılaşacaq. Matç Gəncədə keçiriləcək və saat 14:00-da başlayacaq. “Sarı-göylər” digər yoxlama görüşündə isə Bakıda “Səbail-2” ilə qarşılaşacaq. Bu matç yanvarın 28-nə təyin olunub. Qeyd edək ki, “Kəpəz” Birinci divizionda 12 turdan sonra 22 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. |
|
Xəbər 284 dəfə oxundu. |
|
|