Avstraliya məhkəməsi Novak Cokoviçin vizasını ləğv edib
Avstraliya Federal Məhkəməsi dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin vizasını ləğv edib.

Məhkəmə Cokoviçin koronavirusa qarşı peyvənd olunmadığı üçün belə qərar qəbul edib.

Onun yaxın saatlarda Avstraliyadan deportasiya ediləcəyi gözlənilir.
Bununla da Novak Cokoviç “Australian Open” turnirində iştirak edə bilməyəcək.

Xatırladaq ki, 34 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə “Australian Open”, 6 dəfə “Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə “Roland Qarros” turnirinin qalibi olub. Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Xəbər 546 dəfə oxundu.