“Sabah” klubu Antalyada ilk yoxlama oyununu keçirib | |
Antalyada təlim-məşq toplanışında olan Bakının “Sabah” klubu ilk yoxlama oyununu keçirib. Murad Musayevin baş məşqçi olduğu komanda Macarıstanın “Pakş” klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bakı təmsilçisinin heyətində Xulio Sezar Rodriges fərqlənib. Qeyd edək ki, “Sabah” növbəti yoxlama oyununu yanvarın 24-də Serbiyanın “Mladost” (Luçani) klubuna qarşı keçirəcək. |
|
Xəbər 283 dəfə oxundu. |
|
|