Gənclər və idman naziri Fərid Qayıbov cüdo yarışlarını izləyib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası tərəfindən birgə təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub.

Bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kq çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov qarşıdakı yarışlar, planlar və tədbirlər barədə nazir Fərid Qayıbova məlumat veriblər.

Xəbər 347 dəfə oxundu.