Yeniyetmə şpaqaçılarımız Slovakiyada “Coupe du Danube 2022” turnirində qüvvələrini sınayıblar
Yeniyetmə şpaqaçılarımız Slovakiyanın paytaxtı Bratislavada keçirilən “Cadet Circuit” çərçivəsində “Coupe du Danube 2022” turnirində qüvvələrini sınayıblar.

Yeniyetmə oğlan şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Orxan Həsənli pley-offda ukraynalı Nazar Yevtuşenkoya 10:15 hesabı ilə uduzub.

Qrupu 2 qələbə ilə bitirən Raul Aruslanov pley-offda Rusiya təmsilçisi Yevgeni Ptaşkinə 3:15 hesabı ilə məğlub olub.
Cəmil Hidayətov isə qrup mərhələsini qələbəsiz başa vurub.

Xəbər 328 dəfə oxundu.