Azərbaycan qılıncoynadanı Türkiyədə bürünc medal qazanıb
Yeniyetmə sablyaçılarımız Türkiyənin Ədirnə şəhərində keçirilən açıq turnirdə qüvvələrini sınayıblar.

Abbas Hüseynov 14 yaşadək oğlan sablyaçılar arasında turnirin bürünc medalına sahib olub.

Qrup mərhələsini 5 qələbə ilə başa vuran A.Hüseynov ən güclü 8-liyə kimi irəliləməyi bacarıb. Təmsilçimiz yarımfinal yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ayaz Yiğitə 8:15 hesabı ilə uduzub.
On iki yaşadək qız sablyaçıların yarışında qüvvəsini sınayan Fatimə Kərimova isə qrup mərhələsini uğurla adlayaraq (2 qələbə) pley-offa yüksəlib. Burada ilk görüşünü qalib başa vuraraq ən güclü 32-liyə yüksələn F.Kərimova növbəti mərhələ uğrunda görüşdə yerli idmançı Hazal Sakaryaya uduzub.

Xəbər 303 dəfə oxundu.