“Neftçi” ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuya təklif göndərib
Bakının “Neftçi“ klubu ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuya təklif göndərib.

Bakı təmsilçisi Kamran Əliyevə dəvət göndərib. Rusiya Milli Futbol Liqasında çıxış edən hücumçu “SKA-Xabarovsk”un formasını geyinir. Onun klub ilə müqaviləsi bu ilin yayında başa çatacaq.

“Neftçi” vaxtilə gənclər yığmamıza dəvət olunan 23 yaşlı forvarda 2,5 illik müqavilə təklif edib.

Xəbər 258 dəfə oxundu.