Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyində tarixi göstərici qeydə alınıb | |
Bakıda keçirilən 18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi tarixə düşüb. İlk dəfə Bakı istisna olmaqla, 34 müxtəlif regiondan idmançılar yarışa qatılıblar. Ölkə birinciliyində 570-ə yaxın (479 oğlan, 89 qız) cüdoçu mübarizə aparır. ACF-nin əsas məqsədlərindən biri yeniyetmələr və gənclər arasında idmanın bu növünə marağın artırılması və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır. Qeyd edək ki, birinciliyə yanvarın 16-da yekun vurulacaq. |
|
Xəbər 308 dəfə oxundu. |
|
|