Şəhriyar Məmmədyarov “Tata Steel Masters” superturnirinin ilk turunda rusiyalı şahmatçı ilə qarşılaşacaq
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturniri start götürəcək.

Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Şahmatçımız ilk qarşılaşmasını Rusiya təmsilçisi Daniil Dubova qarşı keçirəcək. On üç turdan ibarət olacaq turnir yanvarın 30-dək davam edəcək.

Ötən il keçirilmiş analoji yarışda niderlandlı Yorden Van Forest karyerasında ən yüksək nəticəyə imza ataraq yarışın qalib olub.

Xəbər 275 dəfə oxundu.