Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi davam edir
Bakıda yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi davam edir.

Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ikinci günündə oğlanlar arasında 50, 66, 90, qızların yarışında isə 40, 52, 70 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşəcək.

Turnirdə ümumilikdə ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparır.

ACF-nin əsas məqsədlərindən biri yeniyetmələr və gənclər arasında idmanın bu növünə marağın artırılması və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır.

Azərbaycan birinciliyi yanvarın 16-da başa çatacaq.

Xəbər 392 dəfə oxundu.