Boks üzrə Azərbaycan çempionatı davam edir
Kişi boksçular arasında 29 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən Azərbaycan çempionatı davam edir.

Yanvarın 14-də - çempionatın 4-cü günündə yarımfinal mərhələsinin görüşləri keçiriləcək. Beləliklə, bu gün Azərbaycan çempionatının finalçıları müəyyənləşəcək.

Qeyd edək ki, yarımfinalda mübarizə aparan boksçular özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Turnir yanvarın 15-də başa çatacaq.

Xəbər 398 dəfə oxundu.