Bu gün “Neftçi” klubu Antalyada Macarıstanın “Kişvarda” klubu ilə üz-üzə gələcək
Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxacaq.

Bakı təmsilçisi Macarıstanın “Kişvarda” klubu ilə üz-üzə gələcək.

“Emirhan Sports Complex Side”ın stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yanvarın 25-dək Antalyada toplanışda olacaq “Neftçi” ayın 19-da “Visla” (Plotsk, Polşa), beş gün sonra isə “MOİK 1948”lə (Bolqarıstan) qarşılaşacaq.

Xəbər 432 dəfə oxundu.