Azərbaycan millisinin sabiq futbolçusu Türkiyədə klubunu dəyişib
On doqquz və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Emre Kaplan Türkiyədə klubunu dəyişib.

21 yaşlı sol cinah müdafiəçisi “Başakşehir”dən “Hatayspor”a keçib. Gənc oyunçu qarşıdakı 1,5 ili icarə əsasında Hatay təmsilçisində keçirəcək.

Qeyd edək ki, Emre Kaplan Azərbaycanın U-19 və U-21 millisində 3 rəsmi oyunda iştirak edib.


Xəbər 302 dəfə oxundu.