İsrailli Olimpiya çempionunun qələbəsi münasibətilə aldığı qiymətli boyunbağı oğurlanıb
Bədii gimnastika üzrə Olimpiya çempionu, israilli Linoy Aşramın Tokiodakı tarixi qələbəsi münasibətilə aldığı qiymətli boyunbağı oğurlanıb.

Bu barədə idmançının özü instaqram səhifəsində yazıb.

İsrail mətbuatının məlumatına görə, L.Aşram boyunbağının onun üçün böyük əhəmiyyət kəsb etdiyini yazır. Onun sözlərinə görə, hadisə Uinqeyt İnstitutunda onun şərəfinə heykəl açılış mərasimindən sonra baş verib.

Boyunbağı L.Aşrama məxsus pul kisəsinin içində olub. Olimpiya çempionu boyunbağının geri qaytarılmasını tələb edir.

Xəbər 287 dəfə oxundu.