Kempo idman növü üzrə respublika seminarı keçiriləcək
Yanvarın 16-da kempo idman növü üzrə respublika seminarı keçiriləcək.

Seminar Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Növləri Federasiyasının prezidenti, Fəxri bədən tərbiyəsi və idman xadimi, 8-ci dan beynəlxalq qara kəmər sahibi, sensey Tarverdi Allahverdiyev tərəfindən təşkil ediləcək.

Seminarda məşqçi-müəllimlər, hakimlər və idmançılar iştirak edəcəklər.

Tədbirin təşkilində əsas məqsəd seminar iştirakçılarını bu idman növünün qaydalarında dəyişikliklər və yeniliklərlə tanış etmək, onların bilik və bacarıqlarını artırmaqdır.

Xəbər 322 dəfə oxundu.