“Qaziantep” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb
Türkiyənin “Qaziantep” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Bu barədə klubun saytı məlumat yayıb. Məlumatda bildirilir ki, klubun 7 futbolçusu, 1 məşqçisi və 1 işçisinin testi pozitiv çıxıb. Həmin şəxslər karantinə alınıb.

Qeyd edək ki, “Qaziantep” yanvarın 14-də Türkiyə Super Liqasının XXI turunda “Beşiktaş”ın qonağı olacaq.

Xəbər 291 dəfə oxundu.