“Aston Villa” klubu fransalı müdafiəçini heyətinə qatıb
İngiltərənin “Aston Villa” futbol klubu heyətini gücləndirməkdə davam edir.

Premyer Liqa təmsilçisi “Everton”un müdafiəçisi Luka Dinin transferini rəsmiləşdirib.

Birminhem təmsilçisi rəsmi saytı vasitəsilə 28 yaşlı fransalı futbolçunu təqdim edib.

Bu transfer “Everton”a 25 milyon funt sterlinq qazandırıb.
Qeyd olunub ki, “Aston Villa” bundan əvvəl “Barselona”nın yarımmüdafiəçisi Filipp Koutinyonu icarəyə götürüb.

Xəbər 291 dəfə oxundu.