Bu gün kişi boksçular arasında Azərbaycan çempionatında dörddəbir final mərhələsinə yekun vurulacaq
Kişi boksçular arasında Azərbaycan çempionatının üçüncü günündə - yanvarın 13-də dörddəbir final mərhələsinə yekun vurulacaq.

29 komandanın qatıldığı yarışda 60, 71, 75 və 86 kiloqram çəki dərəcələrində yarımfinalçıların adlarına aydınlıq gəldiyi halda, 80 kiloqram çəki dərəcəsində dörddəbir finala yüksələn boksçular müəyyənləşiblər. Belə ki, 60 kiloqram çəki dərəcəsində Tayfur Əliyev, Ramazan Abdullayev, Cavad Aslanov, Fuad Tarverdi, 71 kiloqram çəki dərəcəsində isə Niyaməddin Allahverdiyev, Xəzər Əliyev, Rəşad Həsənov, Nicat Həsənov yarımfinala vəsiqə qazanıblar. Mirşərif Kazımzadə, Rəhim Əliyev, İsmayıl Hüseynov 75 kiloqram, Eldar Quliyev, Rüfət Nəbiyev, Heydər Məmmədov, Sürət Qarayev isə 86 kiloqram çəki dərəcəsində səkkizdəbir finalda rəqiblərini məğlub ediblər. Kamran Şahsuvarlı, Elşad Şahbazov, Elmir Süleymanov isə dörddəbir finala yüksəliblər.

Çempionatın Bu gün yarışda 17 qarşılaşma keçiriləcək.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən çempionata yanvarın 15-də yekun vurulacaq.

Xəbər 372 dəfə oxundu.