Formula 2: Kalan Uilyams “Trident” komandası ilə müqavilə imzalayıb
Kalan Uilyams Formula 2 üzrə dünya çempionatının 2022-ci il mövsümündə “Trident” komandasında çıxış edəcək.

Avstraliyalı pilot İtaliya təmsilçisi ilə müqavilə imzalayıb.

Ötən iki mövsümü Formula 3-də keçirən pilot 2021-ci ili 19-cu pillədə başa vurub. K.Uilyams 2020-ci ildə xal qazana bilməyib.

Qeyd edək ki, Formula 2 üzrə dünya çempionatının yeni mövsümü martın 20-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 20-də Əbu-Dabidə yekun vurulacaq. Mövsümün altıncı mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək. Formula 2 yarışı yeni mövsümü rekord sayda - 14 mərhələdən ibarət olacaq.

Xəbər 316 dəfə oxundu.