Azərbaycan şahmatçısı Abdulla Qədimbəyli Serbiyada beynəlxalq turnirdə iştirak edəcək
Yanvarın 31-də Serbiyada şahmat üzrə beynəlxalq turnir start götürəcək.

Ölkəmizi yarışda Abdulla Qədimbəyli təmsil edəcək.

Turnirdə Azərbaycan və Serbiya təmsilçiləri ilə yanaşı, Rusiya, Hindistan və ABŞ şahmatçıları da iştirak edəcəklər.

Novi Sad şəhərində baş tutacaq turnir fevralın 6-dək davam edəcək. Yarış İsveçrə sistemi üzrə keçiriləcək və 10 turdan ibarət olacaq.

Xəbər 299 dəfə oxundu.