“Qarabağ” klubu Leandro Andrade ilə müqavilə imzalayıb
Ağdamın “Qarabağ” futbol klubu Leandro Andrade ilə müqavilə imzalayıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib.

İyirmi iki yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Andrade Ağdam təmsilçisində 15 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl hücumçu Rüstəm Əhmədzadə və qapıçı Luka Quqeşaşvilini heyətinə qatıb.

Xəbər 302 dəfə oxundu.