“Keşlə” klubu növbəti transferini gerçəkləşdirib
Bakının “Keşlə” futbol klubu qış transfer dönəmində növbəti transferini gerçəkləşdirib.

Argentinalı mərkəz müdafiəçisi Franko Floreslə müqavilə imzalanıb.

İyirmi doqquz yaşlı oyunçu cari mövsümün sonunadək “Keşlə”nin formasını geyinəcək.

Qeyd edək ki, Franko Flores 2019/2020-ci il mövsümündə də paytaxt təmsilçisində çıxış edib. Klub daha əvvəl “Neftçi”dən Fəhmin Muradbəylini icarəyə götürüb.

Xəbər 309 dəfə oxundu.