20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək
Yanvarın 21-də Azərbaycan Milli Karate Federasiyasının (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı “Arpachay Open” beynəlxalq karate turniri start götürəcək.

Ənənəvi yarışda 10-dək ölkədən 40-dan artıq klubu təmsil edən 400-dək idmançının iştirakı gözlənilir. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq.

Turnir yanvarın 23-də başa çatacaq.


Xəbər 325 dəfə oxundu.