Fransanın PSJ klubunun Qətərə planlaşdırılan qış turu ləğv edilib
Fransanın PSJ futbol klubunun Qətərə planlaşdırılan qış turu baş tutmayacaq.

Buna koronavirus pandemiyası səbəb olub.
Rəhbərlik Fransadakı epidemioloji vəziyyətlə əlaqədar belə qərar qəbul edib. Klub futbolçuların və məşqçi korpusunun sağlamlığını riskə atmaq istəməyib. Tur çərçivəsində yerli “Ər-Riyad”la keçirilməli olan yoldaşlıq görüşü də ləğv olunub.

Qeyd edək ki, proqrama əsasən PSJ yanvarın 16-dan 18-dək Qətərdə mini tur keçirməli, ayın 19-da isə “Ər-Riyad”la yoldaşlıq oyununda üz-üzə gəlməli idi.

Xəbər 293 dəfə oxundu.