“Şuşa” və “Zəngilan” futzal klubları “Badamlı Azərbaycan” kuboku uğrunda yarışda mübarizə aparacaqlar | |
Futzal üzrə “Badamlı Azərbaycan” kuboku uğrunda yarışın ilkin mərhələsinin təqvimi açıqlanıb. Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, oyunlar yanvarın 21-23-də “Olimpik Star”da keçiriləcək. Yanvarın 21-də “Ulduz” – “Advokat”, “Yasamal” – “Rəvan”, “Standard” – “Timsport”, “Zəngilan” – “Dalğa”, ertəsi gün “Baku Fire-2” – “Baku Fire-3”, “Dəstə Ordubad” – “Atletiko Baku”, “Şuşa” – ISMA, “Metropoliten” – “Borçalı”, ayın 23-də PASO – “Bibi Heybət”, “Alyans Qrup” – “Zülfüqar”, “Qarabağ Füzuli” – “Baker Tilly”, “Forza Neftçi” – “Xan Lənkaran”, “Star Karqo” – “Hövsan” və ADBTİA – “Star Karqo-2” görüşləri keçiriləcək. Qeyd edək ki, reqlamentə əsasən, “Forza Neftçi” – “Xan Lənkəran” və “Ulduz” – “Advokat” cütlərinin qalibi birbaşa səkkizdəbir final mərhələsinə yüksələcəklər. |
|
Xəbər 336 dəfə oxundu. |
|
|